Page 1 of 1
DIQQƏT
Xahiş edirik
e-mail ünvanınızı daxil edin
, aşağıdakı məlumatları oxuyun və sonda təsdiq et düyməsinə klikləyin:
Untitled checkboxes field
Ünvan: Milli Onkologiya Mərkəzi, diaqnostika korpusu, 1116-cı otaq
Mənə təyin olunan vaxta 30 dəqiqə tez gələcəyəm və anlayıram ki, gecikməyim sizin qrafikinizi tam pozacaq və bu səbəbdən gecikdiyim üçün günün sonunadək gözləməyə hazıram və buna görə sizə heç bir etirazım olmayacaq
Mənə izah olunub ki, müayinəyə geciksəm, müayinə vaxtım ləğv oluna bilər və təkrar növbə tutmağa hazıram
MRT müayinəsinin nəticələri müayinənizin bitdiyi vaxta uyğun olaraq ertəsi iş günü həmən saatda (misal üçün bugün saat 3-də müayinəniz bitibsə, cavab ertəsi iş günü saat 3-də hazır olacaq. Nəticələri diaqnostika korpusu 1116-cı otaqdan əldə edə bilərsiz.
Biopsiya və əməliyyat göstərişi olan pasientlər üçün bildiriş: Əməliyyat öncəki biopsiya nəticələrini və əməliyyat sonrakı patoloji rəyi Anar doktora göndərməyimin vacibliyi mənə bildirilib. Cavabları əldə etdikdən sonra Anar doktora göndərəcəyəm
Bədənimdə metal (protez) yoxdur (diş protez və ya implantlar istisna)
Bədənimdə metallik qurğu var və bu qurğunu yerləşdirən həkim mənə MRT müayinəsindən keçə biləcəyimi bildirib
Metallik implantla MRT otağına keçməyin təhlükəli olduğunu bilirəm
Müayinə vaxtımda gecikmə olduğu halda sakitcə günün sonunadək gözləyə bilərəm
Texniki səbəblərdən müayinənin ləğv oluna biləcəyini anlayıram
Müayinə zamanı hərəkət etməməyə çalışacam, anlayıram ki, müayinə zamanı hərəkət etmək müayinənin keyfiyyətinə mənfi təsir edə bilər
Müayinə otağına keçərkən üzərimdəki paltarda dəmir tərkibli heç bir düymə, zamok, qəpik, alışqan, telefon, sancaq və d. şeylər olmamalıdır. Bunu anlayıram.
Bədənimdə süni ürək aparatı və ya eşitmə cihazı yoxdur
Məndə böyrək çatmamazlığı yoxdur
Böyrəklərimdən şikayətlərim var və gələrkən sizə məlumat verəcəyəm
Köhnə KT və ya MRT disklərim var, onları gətirib sizə müqayisə etməyiniz üçün təqdim edəcəyəm
Mənə izah olunub ki, müayinəyə gələrkən özümlə üzərində dəmir aksesuarları olmayan dəyişək paltar gətirə bilərəm və müayinə otağına girərkən üzərimdə dəmirdən heç bir şey olmamalıdır.
Oxudum və təsdiq etdim 😊