Form cover
Page 1 of 7

Youth Speak Forum qeydiyyat

Youth Speak Forum, gənclərin öz fikirlərini paylaşdığı, sosial problemlər üzərində müzakirələr apardığı və real həll yolları təqdim etdiyi bir tədbirdir. Forumun əsas məqsədi gəncləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) istiqamətində düşünməyə və fəaliyyət göstərməyə təşviq etməkdir.
Tədbir boyunca müxtəlif sahələrdə fəaliyyət göstərən spikerlər, ekspertlər və gənc liderlər öz təcrübələrini paylaşaraq iştirakçılara yeni baxış bucaqları qazandıracaq. Bu il forumda müzakirələr SDG 4 - Keyfiyyətli Təhsil (təhsildə bərabər imkanlar və bacarıqların inkişafı), SDG 5 - Gender Bərabərliyi (gender ayrıseçkiliyi problemləri, qadınların və qızların səlahiyyətləndirilməsi) və SDG 8 - Layiqli İş və İqtisadi Artım (gənclərin məşğulluq imkanlarının artırılması və iqtisadi inkişaf) mövzuları üzərindən aparılacaq.
Forum boyunca sessiyaların və vörkşopların Azərbaycan və İngilis dillərində aparılması nəzərdə tutulub. Bundan əlavə, coffee break zamanı digər iştirakçı və spikerlərlə şəbəkələşmə imkanı əldə edəcəksən. Forumda iştirak ödənişsizdir. Spikerlər haqqında ətraflı məlumat yaxın zamanda Youth Speak Forum və AIESEC Azərbaycan səhifələrində paylaşılacaq. Odur ki, bizi izləmədə qalın!
Tarix: 15 Noyabr, 10:00
Daha ətraflı məlumat üçün aşağıda yerləşdirdiyimiz tədbir kitabçası ilə tanış ola bilərsiniz: https://drive.google.com/file/d/12Vfsf-BSYe8uAH9XNCusoHfgy_SGZntp/view?usp=drive_link