Form cover
Page 1 of 6

"Women in STEM" qeydiyyat formu

STEM sahəsində özünü inkişaf etdirmək, bu sahədə fəaliyyət göstərən qadınların real təcrübələrini dinləmək və yeni insanlarla tanış olmaq istəyirsən? 💙

Women in STEM - qadınların Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) sahələrindəki yolunu, təcrübələrini və nailiyyətlərini ön plana çıxaran bir tədbirdir. Tədbir zamanı müxtəlif STEM sahələrində fəaliyyət göstərən qadın spikerlərlə bir araya gələrək onların karyera yolları, qarşılaşdıqları çətinliklər, əldə etdikləri təcrübələr və bu sahədə inkişaf etmək üçün atıla biləcək addımlar haqqında daha çox məlumat əldə edə bilərsiniz.

Tədbir çərçivəsində sizi müxtəlif STEM sahələrindən olan qadın spikerlərin çıxışları, onların təcrübələrini daha yaxından öyrənmək üçün sual-cavab sessiyası, digər iştirakçılar və spikerlərlə tanış olmaq üçün networking imkanları və yeni perspektivlər gözləyir. ✨

Əgər sən də STEM sahəsində özünü inkişaf etdirmək, real təcrübələrdən öyrənmək və bu sahədə fəaliyyət göstərən insanlarla bir araya gəlmək istəyirsənsə, Women in STEM səni gözləyir! 🦸‍♀️

📅 Tarix: 15 Noyabr

⏱️ Saat: 10:30

📍 Məkan: Azərbaycan İnnovasiya Mərkəzi

Sən də bu təcrübənin bir hissəsi olmaq istəyirsənsə, elə indi... ✨