Form cover
Page 1 of 7

"Youth to Business" forum qeydiyyatı

"Youth to Business" forum gənclərlə biznes dünyasını bir araya gətirən peşəkar bir tədbirdir. Bu forumda gənclər və biznes nümayəndələri aktual biznes mövzuları üzərində müzakirələr aparır, gələcək üçün vacib bacarıqları inkişaf etdirir və yeni peşəkar əlaqələr qururlar.

Forumun əsas məqsədi gənclərə biznes mühitini daha yaxşı tanımaq, real biznes problemləri haqqında öyrənmək və korporativ dünya ilə birbaşa əlaqə qurmaq imkanı yaratmaqdır. Tədbir zamanı iştirakçılar rəqəmsal transformasiya, elektron ticarət müasir biznes çağırışları kimi mövzular haqqında müzakirələrdə iştirak edirlər. "Youth to Business" forum eyni zamanda gənclər üçün şəbəkələşmə (networking) imkanları yaradır, onların şirkətlərlə əlaqə qurmasına, gələcəkdə təcrübə proqramları, əməkdaşlıqkaryera imkanları əldə etməsinə kömək edir.

• Forum boyunca interaktiv sessiyalar vörkşoplar azərbaycan və ingilis dillərində aparılacaq.

• Coffee-break zamanı digər iştirakçılar və spikerlərlə şəbəkələşmə (networking) imkanı əldə edəcəksən.

• Forumda müxtəlif sahələrdən olan spikerlərin çıxışlarını dinləmək və onların təcrübələrindən faydalanmaq şansı qazanacaqsan.

• Forum bileti 15 AZN  təşkil edir. Spikerlər haqqında ətraflı məlumat yaxın zamanda "Youth to Business" forum və AIESEC Azərbaycan səhifələrində paylaşılacaq. Odur ki, bizi izləmədə qalın! @youth2businessaze

Tarix: 26 Aprel, 10:00

Məkan: Xəzər Universiteti (Fikrət Əmirov Konfrans-konsert mərkəzi)

Daha ətraflı məlumat üçün aşağıda yerləşdirdiyimiz tədbir kitabçası və Instagram səhifəmizlə ilə tanış ola bilərsiniz:

Youth To Business Booklet 2026