Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən 6721 saylı qanunla qurulmuşdur. Xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açmaq səlahiyyətinə malik dövlət quruluşudur. Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 64 ölkəsində 535 təhsil müəssisəsi açılmışdır. Bu məktəblərdə 75.000-dən çox şagird təhsil alır.